Bir çox tələbə xüsusi hərbi əməliyyatlarda iştirak etmək üçün akademik məzuniyyət götürür, əsasən də dron operatoru kimi.
Herbiand.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin ilin yekunların həsr olunmuş mətbuat konfransında deyib.
“Maraqlıdır ki, çox gənc oğlanlar, gənc insanlar, müxtəlif universitetlərdən olan tələbələr müqavilə imzalamaq və cəbhəyə getmək üçün akademik məzuniyyət götürürlər. Və ilk növbədə, əlbəttə ki, söhbət dron operatoru kimi döyüş əməliyyatlarında iştirak etməkdən gedir”, - Putin canlı yayım zamanı vurğulayıb.
Bəxtiyar CƏFƏRLİ