Putinin arxasındakı xəritədə bir detal diqqət ÇƏKİB
Ajans.az Reuters-ə istinadən xəbər verir ki,bu detal Britaniya xəbər agentliyi Reuters tərəfindən Putinin son mətbuat konfransı ilə birləşdirilmiş canlı sual-cavab sessiyası zamanı diqqətə çatdırılıb. Nəşrin jurnalistləri bildiriblər ki, Rusiya bu əraziləri öz ərazisi hesab edir. DXR, LXR, Xerson və Zaporojye vilayətləri 30 sentyabr 2022-ci il tarixində Rusiyanın tərkibinə daxil edilib. Bu bölgələrdə 23-27 sentyabr tarixlərində keçirilən referendumlar Moskva tərəfindən nəticələrin qanuni olduğu hesab edilib. Qeyd edək ki, Krım 2014-cü ilin mart ayında keçirilən regional referendum nəticəsində Rusiya Federasiyasına birləşdirilib. Kiyev isə həm Krım, həm də qeyd olunan digər əraziləri özünün müvəqqəti işğal altında olan ərazisi hesab edir və səsvermənin nəticələrini tanımır.