AZ

ABŞ Ayda baza yaradacaq kosmosda rəqabət güclənir

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, belə iddia ABŞ prezidenti Donald Trampın Ağ Evin saytında dərc edilmiş fərmanından irəli gəlir. Sənədə əsasən, 2030-cu ilə qədər NASA-nın (ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyi) “Artemida” proqramı çərçivəsində Yerin peykində daimi Amerika bazası yaradılmalı və nüvə reaktoru yerləşdirilməlidir. Bu məqsədlə Tramp administrasiyası qarşıdakı üç il ərzində ABŞ-nin kosmos sektoruna 50 milyard dollar sərmayə qoymağı və 2030-cu ilə qədər Beynəlxalq Kosmik Stansiyanı (BKS) əvəz etməyi planlaşdırır. - Amerika missiyasının Aya qayıdışı Ayın iqtisadi inkişafının əsaslarını qoymaq və Marsa səyahətə hazırlamaq üçün zəruridir”, - fərmanda deyilir. Amerika astronavtlarının Aya qaytarılması üçün nəzərdə tutulan “Artemida” proqramı Donald Trampın ilk prezidentliyi dövründə 2017-ci ildə ilk başlamışdı. Onun ilk missiyası olan “Artemis I” layihəsi kosmik gəminin Aya pilotsuz uçuşu ilə 2022-ci ildə uğurla başa çatdı. Sözügedən proqram çərçivəsində növbəti uçuş 2026-cı ilə planlaşdırılıb. Bunun ardınca isə, son 55 il ərzində Ayın cənub qütbünə ilk insan enişi missiyası baş tutacaq. “NASA-nın gələcək planlarına Ayın ətrafında “Gateway” stansiyasının yaradılması, habelə 2020-ci illərin sonu və ya 2030-cu illərin əvvəllərində müntəzəm missiyalar üçün infrastrukturun yaradılması daxildir”, - xəbərdə vurğulanır. Əvvəllər Tramp administrasiyası insanları Aya göndərmək üçün mövcud “Artemida” arxitekturasının mərhələli şəkildə ləğvini və onu daha ucuz variantlarla əvəzləməyi təklif etmişdi. - Lakin bir sıra respublikaçı və demokrat konqresmenlər proqram ətrafında birləşərək, onun ixtisarının ABŞ-ni Çinlə kosmos yarışında daha zəif vəziyyətə salacağı barədə xəbərdarlıq ediblər”, - “Bloomberg” agentliyi yazır. Xatırladaq ki, 1968-1972-ci illərdə NASA “Apollon” proqramı çərçivəsində Aya doqquz ekspedisiya göndərib. Onlardan altısı Yer peykinin səthinə astronavt endirib. 1972-ci ildən sonra proqram dayandırıldı və nəticədə tamamilə ləğv edildi. Bu fonda Çin Ayın kəşfiyyatı planlarını həyata keçirir. 2026-cı ildə Ayın cənub qütbünü araşdırmaq və 2028-2029-cu illərdə oradan qaynaqların çıxarılması və emalı texnologiyalarını sınaqdan keçirmək üçün Pekin Yerin peykinə “Çanye” missiyasının göndərilməsini planlaşdırır.

Çinin məqsədi təxminən 2030-cu ilə qədər Ayda pilotlu enişə nail olmaqdır. Bunun üçün artıq “Çançjen - 10” super ağır raketi, dəfələrlə istifadə edilə bilən “Mençjou” kosmik gəmisi və “Lanyue” aya eniş aparatı hazırlanır. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
azvision.az

2Mənbələr