Aktual.az xəbər verir ki, bu barədə APA-ya Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün Ədliyyə Nazirliyi tərəfindən elan edilmiş müsabiqəyə əsasən bu il noyabrın 14-də test imtahanı keçirilib.
Hazırda test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada müsahibələr keçirilir. Müsahibənin nəticələrinə əsasən, uğur qazanmış namizədlər Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər və təlimin yekunlarına dair qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi, hazırda fəaliyyət göstərməyən notariat ofislərinə notariusların təyinatının həyata keçirilməsi, eləcə də notariat ofislərinin fəaliyyətinin bərpa edilməsi məsələsinə baxılacaq.
Məlumata görə, hazırda Azərbaycanda Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ümumilikdə 156 notarius fəaliyyət göstərir.