BAKI, 19 dekabr. TELEQRAF
Sumqayıt Kimya Sənayesi Parkında, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə (ASC) məxsus mövcud xammal anbarının “Xalça Emalı Mərkəzi”nə çevrilməsi ilə əlaqədar yenidən qurulma işlərinin həyata keçirilməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, müvafiq işlərə 2 milyon 87 min 402,30 manat xərclənməsi nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən işlərə “Azərxalça” ASC nəzarət edəcək.