AZ

ASC “Xalq” Bankının Müşahidə Şurasına yeni müstəqil üzvlər seçilib (FOTO)

Bakı. Trend:

ASC “Xalq” Bankının Səhmdarlarının Ümumi Yığıncağının 13 noyabr2025-ci tarixli qərarı ilə Aftandil Babayev və Fidan İbrahimovaMüşahidə Şurasına müstəqil üzv seçilmişdir.

Digər qərarla ASC “Xalq” Bankının Bankın Müşahidə Şurasınınmüstəqil üzvü Elxan Ağayev Müşahidə Şurasına üzv təyinedilmişdir.

Babayev Aftandil Qasım oğlu - 01 may 1957-ci il tarixindəBorçalı mahalında anadan olub. Təhsilini 1974-1978-ci illərdəD.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda “Xalqtəsərrüfatının planlaşdırılması” ixtisası üzrə alıb. 1988-ci ildəAzərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmədiplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1978-ci ildə iqtisadçı kimi başlamış,1981-1983-cü illərdə Azərbaycan Respublikası Kənd TəsərrüfatıNazirliyi, 1983-1984-cü illər ərzində Azərbaycan RespublikasıMaliyyə Nazirliyi və 1984-1994-cü illərdə Dövlət Qiymət Komitəsindəmüxtəlif vəzifələrdə çalışmışdır. 1994-2012-ci illərdə AzərbaycanRespublikasının Milli Bankında Baş direktor, İdarə Heyətinin üzvüvə İdarə Heyətinin Sədrinin müavini, 2012-2022-ci illər ərzindəAzərbaycan Respublikası Mərkəzi Bankında İdarə Heyətinin üzvü vəİdarə Heyəti Sədrinin müavini olmuşdur. 2023-2025-ci illərdə “AqrarKredit” QSC-də Sədrin Baş məsləhətçisi vəzifəsini daşımışdır.

Bankçılığın inkişafındakı xidmətlərinə görə 2012-ci ildə“Tərəqqi” medalı ilə, 2019-cu ildə 2-ci dərəcəli “Əmək” ordeni ilətəltif olunub.

Ailəlidir, 3 övladı var.

İbrahimova Fidan Vitalyevna 28 aprel 1977-ci il tarixində Bakışəhərində anadan olub. 1994-1998-ci illərdə Bakı Sosial İdarəetməvə Politologiya İnstitutunun “Beynəlxalq münasibətlər” ixtisasıüzrə bakalavr, 1998-2000-ci illərdə Azərbaycan RespublikasıPrezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının “Dünyasiyasi prosesləri və beynəlxalq münasibətlər” ixtisası üzrə magistrtəhsili alıb.

Əmək fəaliyyətinə 1998-ci ildə “Most Bank Azərbaycan” KB-daÖdəniş vasitələri departamentində başlayaraq müxtəlif vəzifələrdəçalışmış, 2002-ci ildə “Elm” filialının direktoru vəzifəsinə təyinedilmişdir. Daha sonra əmək fəaliyyətini “Bank Standart” QSC-nin“Elm” filialının direktoru, 2006-2010-cu illər ərzində “VİP”filialının direktoru, 2010-2016-cı illərdə Müştəri XidmətiMərkəzinin direktor müavini olaraq davam etdirmişdir.

Ailəlidir, 3 övladı var.

ASC
ASC
Məqalədə:
Seçilən
60
5
az.trend.az

6Mənbələr