AZ

Mənimlə təklikdə qalmaq istəyirsən?.. Brejnev haqqında lətifələr

Kulis.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün SSRİ-yə 18 il rəhbərlik etmiş ictimai-siyasi xadim Leonid İliç Brejnevin doğum günüdür.

Kulis.az bu münasibətlə Gülnarə Rəfiqin təqdimatında Brejnev haqqında lətifələri təqdim edir.

Brejnev növbəti medalı alandan sonra deyir:

— Yoldaşlar, bəzən deyirlər ki, mən bütün medalları qəbul edirəm, heç vaxt onlardan imtina etmirəm. Elə deyil. Məsələn, bu yaxınlarda Mavritaniyanın yüksək mükafatı olan buruna qızıl sırğanın taxılmasından imtina etmişəm!

Tarixi-mədəni abidələri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilir

Mədəniyyət Nazirliyinin şöbə müdiri: "Dövlət dəstək versə, bütün işsiz-gücsüzlər kitab yazacaq..." - Müsahibə

Krımın ən güclü qadını necə Sovet cəhənnəminə atıldı? - Bakının faciəli "qonağ"ı

***

Brejnev Roma papasından soruşur:

— Niyə insanlar katolik cənnətinə inanır, ancaq kommunizm cənnətinə inanmaq istəmirlər?

— Çünki biz öz cənnətimizi göstərmirik!

***

Karl Marks SSRİ radiosu ilə çıxış etmək istəyir. Ancaq Brejnev icazə vermir:

— Sən kommunizmin banisi olsan da, belə məsələlər barədə təkbaşına qərar verə bilməzəm.

— Mən ancaq bir kəlmə deyəcəm.

Brejnev bir kəlməni deməyə icazə verir.

Marks mikrofona yaxınlaşıb qışqırırır:

— Bütün ölkələrin proletarları, məni bağışlayın!

***

SSRİ-yə gələn Nikson Brejnevdən fəhlələrin niyə tətil etmədiklərini soruşur. Cavab əvəzinə Brejnev Niksonu zavoda aparır:

— Sabahdan maaşınız azaldılacaq! (alqışlar) İş vaxtınız uzadılacaq! (alqışlar). Hər on nəfərdən biri asılacaq! (alqışlar. Sual: “İpi özümüz gətirək, ya həmkarlar ittifaqı verəcək?”)

***

Moskva kinofestivalından sonra Kremldəki banketdə Bricit Bardo Brejnevə deyir:

— Niyə sərhədi bütün getmək istəyənlər üçün açmırsız?

Brejnev ona barmağını yelləyib deyir:

— Mənimlə təklikdə qalmaq istəyirsən?

***Telefon zəngi. Brejnev dəstəyi qaldırır:

— Hörmətli Leonid İliç eşidir!

***Brejnev mətbuat konfransı keçirir. Sual – cavab, sual cavab.

Aparıcı deyir: Day sual yoxdu.

Brejnev təəccüblənir:

— Necə yəni yoxdu? Dayanın, axı belə olmaz. Axı mənim hələ iki cavabım var.

***

— Nəyə görə Brejnevə marşal rütbəsi verilib?

— Kremlin alınmasına görə.

***Brejnevlə Qromıko Afrika ölkəsinə gedirlər. Təyyarədən enəndən sonra Brejnev qəpik atır, baxıb Qromıkoya deyir:

— İndi öpüşmək növbəsi sənindi.

***Brejnev meşədə azır. Rastına balaca oğlan çıxır.

— Adın nədi?

— Petya.

— Petya, məni meşədən çıxar, sənə mükafat verəcəm.

— Atamla məsləhətləşməliyəm.

— Atan kimdi?

— Meşəbəyi.

— Nəyə lazımdı məsləhət? Məni burdan çıxar, səni SSRİ qəhrəmanı adını verəcəm.

— Yox, gedim atamdan soruşum.

Gedib soruşub gəlir:

— Yox, mən Sizi burdan çıxarmayacam. Öləndən sonra Sovet İttifaqı qəhrəmanı adını neynirəm?

— Niyə ölümündən sonra?

— Atam dedi: çıxarsan, öldürəcəm.

***Brejnev çıxışa başlayır (kağızdan):

— Yoldaş sionistlər!

Zalda çaşqınlıq yaranır. Brejnev yenidən kağıza baxıb oxuyur.

— Yoldaşlar! Soinistlər deyir ki…

***Brejnev nəvəsi ilə mavzoleyə gəlir. Nəvəsi soruşur:

— Baba, sən öləndən sonra burda yaşayacaqsan?

— Əlbəttə burda.

Bu dəm Lenin yerindən qalxıb deyir:

— Bura sizinçün yataqxanadı?!

***Ayda bir dəfə Brejnevin şəxsi bərbəri onun saçını qırxır. Hər dəfə də söhbəti Polşadan salır. Bir dəfə Brejnev onun niyə məhz Polşa barədə soruşması ilə maraqlanır. Bərbər:

— Belə olanda saçınızı rahat qırxıram. Polşa barədə danışanda saçlarınız biz-biz durur.

***Brejnevin qardaş ölkələrdən birinə səfəri münasibətilə topdan atəş açılır. İkinci atəşdən sonra qoca arvad milisdən niyə top atdıqlarını soruşur. Milis deyir:

— Brejnev gəlib.

— Birinci dəfədən vura bilmədilər?

***Brejnev aeroportda ABŞ siyasətçilərindən biri ilə vidalaşır. Bir neçə dəfə qucaqlaşır, öpüşürlər. Nəhayət, amerikalı siyasətçi təyyarəyə minib gedir. Brejnev ağlamağa başlayır. Suslov ona yaxınlaşıb deyir:

— Bəsdirin, Leonid İliç. Axı siyasətçi kimi onun əhəmiyyəti elə də böyük deyil.

— Siyasətçi kimi əhəmiyyəti yoxdur. Ancaq necə öpür!***Brejnev balkonda dayanıb. Yaxınlıqdan Karlson uçur. Brejnev soruşur:

— Yadınızdan çıxmışam? Mən Karlsonam.

— Həəəə. Yadımdasan. Sənin həmkarın Engelson da yadımdadır.

Tarixi-mədəni abidələri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilir

Mədəniyyət Nazirliyinin şöbə müdiri: "Dövlət dəstək versə, bütün işsiz-gücsüzlər kitab yazacaq..." - Müsahibə

Krımın ən güclü qadını necə Sovet cəhənnəminə atıldı? - Bakının faciəli "qonağ"ı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
1
kulis.az

2Mənbələr