Türkiyədə məşhurlarla bağlı aparılan narkotik istintaqı çərçivəsində daha 8 nəfər saxlanılıb. Onların arasında aktrisa Ezgi Eyüboğlunun da adı var.
“Yeni Sabah” “CNN Türk”ə istinadın xəbər verir ki, İstanbul Baş Prokurorluğu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində narkotik ticarəti ittihamı ilə menecer şirkətinin sahibi olan Eser Küçükerol və İsmail Ahmet Akçay, narkotik istifadə etmə ittihamı ilə Saadet Ezgi Eyüboğlu, fahişəliyə təşviq və vasitəçilik maddəsi ilə Yiğit Macit, Mehmet Ali Gül, Gizem Türedi və Mehmet Güçlü, qanunsuz silah saxlama ittihamı ilə isə Saim Macit olmaqla ümumilikdə 8 nəfər tutulub.
Onların evlərində və iş yerlərində aparılan axtarışlar zamanı icazəsiz və icazəli tapançalar, səs tapançası və patronlar, narkotik vasitələr, eləcə də saxta dollarlar müsadirə olunub.
İlhamə Qasımlı
Telegram kanalımız