AZ

Avropa Parlamentinin qətnaməsi Azərbaycanın daxili işlərinə kobud müdaxilədir - Sevil Mikayılova

Bakı.Trend:

Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi Azərbaycanındaxili işlərinə kobud müdaxilədir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatıSevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, ölkənin suveren hüquqlarınahörmətsizlik göstərərək ədalət məhkəməsinin qərarlarınınmübahisələndirilməsi beynəlxalq hüququn bütün normalarınaziddir.

"AP nə qlobal arbitrdır, nə də appelyasiya məhkəməsi. Özkorporativ ərazisindən cıxaraq, tamamilə uzaq coğrafiyada baş verənproseslərə hakimlik etmək AP-nin ucuz və zəif siyasi alətlərəkökləndiyinin göstəricisidir. Açıq ultimatum ritorikası əslindətəşkilatın hamıya öyrətmək istədiyi dəyərlərlə ziddiyyət təşkiledir və hüquq pozuntusudur. Sual yaranır niyə görə AP ağırittihamlarla istintaq altında olan şəxsləri belə ürəyiyananlıqlamüdafiə edir? Özü də xüsusi narahatlıqla".

S.Mikayılova vurğulayıb ki, AP artıq zəifləməkdədir və qlobalməkanda əsas aktor statusunu itirir.

"ABŞ-nin yeni qəbul edilmiş Milli Təhlükəsizlik StrategiyasındaAvropada vüsət almış böhran və dəyərlərin itirilməsi barədəmüddəalar, əslində, bu münasibətin bariz şəkildə nümayiş etdirir.Görünür, belə vəziyyətdə Azərbaycan kimi güclənən ölkələrəAvropaİttifaqı tərəfindən edilir və son təsəllisidir. Məsələn, Aİ 5Azərbaycan gəmisinə sanksiya qoyur, lakin sanksiyalar irəli sürdüyüRusiya ilə hələ də ticarət aparır. Bu xüsusda Ermənistan kimiölkələrin xidmətindən də yararlanır. Avropanın öz taleyinin zərbəaltında olduğu bir dönəmdə diqqəti ayrı regionlara transformasiyaetməklə "hələ də hər şeyi nəzarətdə saxlayırıq" görüntüsü ucuzşoudur".

Deputat qeyd edib ki, Azərbaycan və Ermənistanın sülhümöhkəmləndirmək səylərinə qarşı yönəlmiş bu cür təxribatlar əslindəsülh prosesini pozmaq niyyəti daşıyır:

"Bütün dünyanın Avropanın taleyini müzakirə etdiyi bir vaxtdaAvropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dairdinləmələr təşkil etməsi çox gülünc görünür. Maraqlıdır ki,Ermənistanda 2025-ci ildə təkcə müxalifətçilər, dini xadimlər vəsiyasi fəallar müxtəlif səbəblərlə həbs edildiyi halda, bu AvropaParlamentini narahat etmir. Belə ikili standartlar Avropadəyərlərini uzun müddətdir aşındırıb və bunun saxtakarlıqdan başqabir izahı yoxdur".

S.Mikayılova əlavə edib ki, Avropa İttifaqı Azərbaycanın artannüfuzundan narahatdır, lakin köhnəlmiş narrativlərdən çıxmadıqcaregionda nüfuz qazana bilməyəcək.

"Avropa Parlamentinin hər hansı müzakirəsi və ya qətnaməsininAzərbaycana heç bir hüquqi təsiri yoxdur. Biz Azərbaycanın daxiliişlərinə kobud müdaxilə hesab etdiyimiz bu Qətnaməni pisləyir vəqəbuledilməz olduğunu bildiririk", – deyə S.Mikayılovavurğulayıb.

Məqalədə:
Seçilən
53
3
az.trend.az

4Mənbələr