AZ

Çelsi nin baş məşqçisi Qvardiolanın yerini tutacaq? Özü açıqladı

ain.az bildirir, Fanat portalına istinadən.

"Çelsi"nin baş məşqçisi Entso Mareska cari mövsümün sonunda "Mançester Siti"nin "sükanı arxası"na keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini jurnalist Ben Ceykobs belə çatdırıb:

"Bunun mənə aidiyyatı yoxdur. Bilirəm ki, 100 faiz spekulyasiyadır. Belə şeylərə vaxtım yoxdur. "Çelsi" ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləm var. Klubdakı işimə köklənmişəm. Fəxr edirəm ki, buradayam. Heç nəyə fikir vermirəm. Hə, bu məlumatların niyə yarandığını anlamaq vacibdir, amma dediyim kimi, spekulyasiyadır".

Nihat  

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
fanat.az

2Mənbələr