AZ

London: “NATO uzun müddətli müharibəyə hazılr deyil”

AzVision.az xəbər verir ki, Böyük Britaniyanın Kral Hərbi Dəniz qüvvələrinin (HDQ) vitse-admiralı və NATO-nun Birgə Dəniz Komandanlığının rəhbəri Mayk Atli “Bloomberg” agentliyinə müsahibəsində belə deyib.

Onun fikrincə, Qərb ölkələrinin silahlı qüvvələri həm ənənəvi hərbi əməliyyatlar, həm də kibertəhlükələr daxil olmaqla daha mürəkkəb döyüş mühitinə hazırlaşmalıdırlar. Çünki NATO-nun Rusiya üzərində üstünlüyü olsa da, blok uzunmüddətli döyüş əməliyyatlarını davam etdirmək gücünə malik deyil.

“Bizim əldə etmək istədiyimiz dayanıqlıq varmı? Düşünürəm ki, son on ayın şərhləri bizdə bu hazırlığın olmadığını göstərdi. Yoxdur. Lakin bunu çox yaxşı başa düşən NATO ölkələridayanıqlığımızı artırmaq üçün belə imkanların inkişafına sərmayə qoymağa hazırdırlar”,- Mayk Atli vurğulayıb.

Vitse-admiral bildirib ki, texnologiya, təchizat zəncirləri və əqli mülkiyyət hüquqlarını həssas edən qlobal qarşılıqlı asılılıq səbəbindən hazırda vəziyyət “Soyuq müharibə” dövründəkindən qat-qat mürəkkəbdir.

- Bu problem getdikcə mürəkkəbləşəcək,aktuallaşacaq və aradan qalxmayacaq. Bu, həqiqətən də tamamilə fərqli bir döyüş meydanıdır”,- NATO-nun Müttəfiq Dəniz Komandanlığının rəhbəri diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
95
1
azvision.az

2Mənbələr