AZ

Rusiya 1000 Ukrayna hərbçisinin meyitini QAYTARDI

İstanbul razılaşması çərçivəsində Ukraynaya 1000 hərbçinin meyiti qaytarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Vladimir Medinski məlumat yayıb. Vladimir Medinski mübadilə zamanı Rusiyaya cəmi 26 nəfərin nəşinin verildiyini bildirib.

Məlumata görə, İstanbul razılaşmaları çərçivəsində tərəflər arasında həlak olan hərbçilərin nəşinin mübadiləsi həyata keçirilib.

Vladimir Medinski bildirib ki, proses zamanı Ukrayna tərəfinə 1000 nəfər həlak olmuş hərbçinin meyiti təhvil verilib.

O qeyd edib ki, Rusiya tərəfinə isə 26 nəfər həlak olan şəxsin meyiti qaytarılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
68
interpress.az

1Mənbələr