Makronun evinin qarşısında etiraz aksiyası KEÇİRİLİB
Ajans.az BFMTV telekanalına istinadən xəbər verir ki, aksiya Avropa İttifaqı ilə Merkosur ölkələri arasında planlaşdırılan azad ticarət sazişinə qarşı yönəlib. Etiraz aksiyası 19 dekabr səhər saatlarında Makronun Tukedə yerləşən iqamətgahının qarşısında keçirilib. Hadisə yerinə çoxsaylı traktorlar və digər kənd təsərrüfatı texnikaları cəlb olunub. Telekanalın bildirdiyinə görə, FNSEA fermerlər birliyinin üzvləri hesab edirlər ki, sazişin imzalanmasının sadəcə təxirə salınması kifayət deyil. Onlar Prezident Makronun Fransanın bu məsələdəki mövqeyi ilə bağlı aydın və qəti açıqlama vermədiyini bildirirlər.