AZ

Azərbaycanda 11 ayda daşınmaz əmlak əməliyyatlarına 7,6 milyon manat yatırılıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitalayönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədarəməliyyatlara 7,6 milyon manat sərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə 4,2 milyon manat və ya 2,5 dəfə çoxdur.

Belə ki, 2024-cü ilin ilk 10 ayında ölkədə əsas kapitalayönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədarəməliyyatlara 3 milyon manat sərf olunmuşdu.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 16,659 milyard manat və ya 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə 3 faiz çox investisiya yönəldilib.Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 faizazalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmiisə 8,3 faiz artıb.

Ümumi sərmayənin 8,421 milyard manatı və ya 50,6 faizi məhsulistehsalı sahələrinin, 5,614 milyard manatı (33,7 faizi) xidmətsahələrinin, 2,623 milyard manatı (15,7 faizi) isə yaşayışevlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 51,1 faizidövlət, 48,9 faizi qeyri-dövlət sektorunun sərmayədarlarıtərəfindən qoyulub. Sərmayə qoyuluşunun 76,2 faizitikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsaskapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 78faizini təşkil edib.

Seçilən
73
2
az.trend.az

4Mənbələr