AZ

Kommersiya hüquqi şəxslərlə bağlı hansı məlumatların EHİS-də qeydiyyata alınacağı müəyyənləşib

Bakı. Trend:

Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmışfaktların sonrakı dəyişikliyinin qeydiyyata alınması qaydalarındadəyişiklik ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlətreyestri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Layihəyə əsasən, kommersiya hüquqi şəxsləri üzrə aşağıdakıməlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən birbaşa Elektron Hökumət İnformasiya Sistemivasitəsilə onlayn rejimdə əldə edilərək qeydiyyata alınacaq:

  • nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlımüqavilələrlə əlaqədar məlumatlar;
  • kapitalındakı nizamnamə payın vərəsəlik qaydasında digər şəxsəkeçməsi ilə əlaqədar məlumatlar;
  • nizamnamə kapitalındakı payın yüklü edilməsi ilə əlaqədarməlumatlar;
  • təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqişəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasınqorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyinolunması ilə əlaqədar məlumatlar.

Kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərinnümayəndəlik və ya filialları təqvim ili bitdikdən sonra növbətiayın 31-dək təsis sənədlərində və qeydə alınmış faktlardadəyişikliyin olub-olmaması barədə forması müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunanhesabatı kağız və ya elektron formada müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidirlər.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Seçilən
12
4
az.trend.az

3Mənbələr