AZ

Azərbaycanda vərəmlə mübarizə: Statistik göstəricilər açıqlanıb

Bu gün Bakı Konqres Mərkəzində keçirilən brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Azərbaycanda vərəmlə mübarizə sahəsində görülən işlər və mövcud statistik göstəricilər barədə məlumat verib.

"Cebheinfo.az" xəbər verir ki, ölkə üzrə 1 875 nəfərdə ilkin vərəm, 1 647 nəfərdə isə təkrar vərəm aşkarlanıb. Ümumilikdə vərəm xəstələrinin sayı 3 522 nəfər təşkil edir.

Qeyd olunub ki, 579 nəfər dərmana davamlı vərəm xəstəsi kimi qeydiyyata alınıb. Bu kateqoriyaya aid pasiyentlərin müalicəsi xüsusi nəzarət altında aparılır.

Eyni zamanda, vurğulanıb ki, 2025-ci ildə Ağciyər Xəstəlikləri Mərkəzi fəaliyyətə başlayıb və bu mərkəz vərəmlə mübarizənin gücləndirilməsində mühüm rol oynayacaq.

Seçilən
47
1
cebheinfo.az

2Mənbələr