AZ

Bu obyektlərin tikintisi üçün icazə tələb olunacaq

Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısında dəyişiklik ediləcək.

Publika.az xəbər verir ki, bu məsələ Milli Məclisinin bugünkü plenar iclasında müzakirə olunan Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur.

Qanun layihəsində kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisinin sözügedən siyahıdan çıxarılması təklif edilir.

Seçilən
14
2
publika.az

10Mənbələr