AZ

Abidələr üçün təhlükə yaradacaq abadlaşdırma işlərinin aparılması qadağan ediləcək

Bakı. Trend:

Abidələrin toxunulmazlığına dair qanunvericiliktəkmilləşdirilir.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Tarix və mədəniyyət abidələrinin qorunmasıhaqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində özəksini tapıb.

Mövcud qanunvericiliyə görə, abidələrin bədii-estetik görkəminindəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcəktəmir, inşaat, təsərrüfat və digər işlərin aparılmasıqadağandır.

Layihəyə əsasən, abidələrin korlanması və ya məhv edilməsi,müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onlarıntoxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaqtikintiquraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin vəya abadlaşdırma tədbirlərinin aparılması qadağan ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Seçilən
70
az.trend.az

1Mənbələr