Bakı. Trend:
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə təbrik məktubuünvanlayıb.
Trend xəbər verir ki,məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoşarzularımı qəbul etməyinizi xahiş edirəm. Bu xoş fürsətdən istifadəedərək, birgə səylərimiz nəticəsində Bolqarıstan Respublikası iləAzərbaycan Respublikası arasında strateji tərəfdaşlığın və çoxyaxşı münasibətlərin gələcəkdə də fəal şəkildə inkişaf edəcəyinə vədərinləşəcəyinə əminliyimi bildirirəm.
Son bir neçə ildə hər dəfə konstruktiv və dostluq mühitindəkeçən, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatlardastrateji münasibətlərin, səmərəli əlaqələrin, fəal siyasi dialoqungenişlənməsinin təsdiqləndiyi görüşlərimizi məmnuniyyətləxatırlayıram.
Ümid edirəm ki, Veliko Tırnovo şəhərində Sizinlə birlikdə böyüksəylər göstərdiyimiz Şuşa parkının açılışı ilə əlaqədarBolqarıstana uzun müddət gözlənilən səfəriniz ölkəmizdəki mövcudsiyasi böhrandan asılı olmayaraq 2026-cı ildə baş tutacaqdır.
Sizin şəxsi diqqətiniz və iştirakınız sayəsində ötən il uğurlakeçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından(COP29) sonra 2026-cı ildə Azərbaycanda ilk dəfə olaraq ÜmumdünyaŞəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkilediləcək zirvə toplantısında da ölkələrimiz arasında ən yüksəksəviyyədə dialoqu davam etdirməyə hazıram.
Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdəuğurlar arzulayıram.
Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizixahiş edirəm".