AZ

"2025-ci ildə çox sayda dövlət xəstəxanasında yeni xidmətlər istifadəyə verilib"

“Cari il ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrində yeni xidmətlərin təşkili və mövcud xidmətlərin genişləndirilməsi istiqamətində ardıcıl, sistemli işlər görülüb. Yeni Klinikada fəaliyyətə başlayan Robotik Reabilitasiya Mərkəzinin maddi-texniki təminatı məqsədilə mərkəz müasir standartlara uyğun bir sıra robotik və funksional reabilitasiya avadanlıqları ilə təchiz edilib”.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə məlumat verib.

Bundan əlavə o qeyd edib ki, Yeni Klinikada 7 vətəndaşa orqan transplantasiya əməliyyatları həyata keçirilib:
“Xəstələrdən 5 nəfərə böyrək, 2 nəfərə isə qaraciyər transplantasiyası olunub. Qeyd olunan vətəndaşlar əməliyyatdan sonra da tərəfimizdən immunosupressiv dərman preparatları ilə mütəmadi təmin olunurlar”.
 
Nuriyyə NATİQQIZI

Seçilən
46
1
redaktor.az

7Mənbələr