Bakı. Trend:
2025-ci il ərzində TƏBİB tabeli tibb müəssisələrində ana ölümüsayı 22 olub, sevindirici haldır ki, 101 kritik ağır hal isə tibbpersonalının səyi nəticəsində ölümlə nəticələnməyib.
Trend xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru VüqarQurbanov bu gün Bakıda 2025-ci ilin yekunlarına və gələcək planlaradair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, ana ölümlərinin təhlili göstərir ki, 22 anaölümündən 15-i bilavasitə (mamalıq) hamiləlik, doğuş və doğuşdansonrakı dövrlə birbaşa bağlı olan səbəblərdən, 7-si isəekstragenital səbəblərdən baş verib:
"Mamalıq səbəbləri sırasında qanaxmalar, emboliyalar,preeklampsiya və eklampsiyanın fəsadları, sepsis halları üstünlüktəşkil edib. Ekstragenital səbəblər arasında anestetik qüsurlar,ürək dayanması, beyinə qansızma, dərman zəhərlənməsi və virusmənşəli vaskulit halları qeydə alınıb”.