AZ

AİB Gürcüstanın dayanıqlı inkişaf yönümlü ilk istiqrazlarına iri həcmdə investisiya qoyub

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Qafqazda ən böyük avtomobildistribyutoru olan “Tegeta Holding” tərəfindən buraxılmış dayanıqlıinkişaf göstəricilərinə bağlı istiqrazlara “lövbər” investor(öncədən razılaşdırılmış iri həcmli sərmaye qoyan investor –red)kimi 41 milyon gürcü larisi (15,2 milyon ABŞ dolları) həcmindəinvestisiya qoyub. Bu, lari ilə nominasiya olunmuş ilk beləistiqrazlar hesab olunur.

Trend bu barədəbankın məlumatına istinadən xəbər verir.

Bildirilir ki, AİB-in iştirakı “Tegeta” istiqrazlarınınburaxılmasını stimullaşdırıb. Ümumilikdə istiqrazların həcmi 260milyon lari (təxminən 95,7 milyon ABŞ dolları) olub və bu, TbilisiFond Birjasında həyata keçirilib. Bu addım Cənubi Qafqazda davamlınəqliyyat və “yaşıl” mobilliyin inkişafına töhfə verir.

"Davamlı inkişaf göstəricilərinə bağlı istiqrazlar maliyyəşərtlərini müəyyən ekoloji və ya sosial məqsədlərin əldə edilməsiilə bağlayır. “Tegeta” üçün bu, aşağı emissiyalı nəqliyyatvasitələrinin parkının modernləşdirilməsi və genişləndirilməsini,eləcə də ekoloji, sosial məsuliyyət və korporativ idarəetməstandartlarının gücləndirilməsini əhatə edir. İstiqrazlardan əldəolunan vəsait karbon emissiyalarının azaldılması və daha təmiznəqliyyatın təşviqi layihələrinə, əsasən Gürcüstan və Ermənistandasərf olunacaq.

AİB 2007-ci ildən Gürcüstana dəstək göstərir və ölkənin inkişafsahəsində ən böyük çoxtərəfli tərəfdaşıdır. Bankın Gürcüstanaverdiyi kreditlər, qrantlar və texniki yardımların ümumi həcmitəxminən 5 milyard ABŞ dolları təşkil edir ki, bunun da təxminən 1milyardı özəl sektora yönəldilib", - məlumatda deyilir.

Məqalədə:
Seçilən
103
az.trend.az

1Mənbələr