AZ

Qəyyumluq orqanının funksiyalarını yerinə yetirən qurumun aidiyyəti müəyyənləşir

Bakı. Trend:

Qəyyumluq və himayəçilik orqanının funksiyalarını yerinə yetirənqurumun aidiyyəti müəyyənləşəcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, barəsində inzibati xəta haqqındaiş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxsyetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqdavə ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərinmənafeyini onların qanuni nümayəndələri təmsil edir. Bu şəxslərinqanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrəicraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilikorqanını qanuni nümayəndə hesab edir.

Layihəyə əsasən, qəyyumluq və himayəçilik orqanınınfunksiyalarını himayədar ailəyə verilmiş uşaqlara, habelə AiləMəcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmişvə valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), digərhallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyatakeçirəcək.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Seçilən
105
1
az.trend.az

2Mənbələr