AZ

Vəkillər Kollegiyasının üzvü olmayan şəxs “vəkil” sözündən istifadəyə görə cərimələnəcək

Bakı. Trend:

Vəkil adından qanunsuz istifadəyə görə cərimələrindispozisiyasında dəyişiklik ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsihaqqında qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, "Vəkillər və vəkillik fəaliyyətihaqqında" Qanunda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldəetməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadəolunmasına görə fiziki şəxslər 200 manatdan300 manatadək məbləğdə, vəzifəli şəxslər600 manatdan 800 manatadəkməbləğdə cərimə edilir.

Layihəyə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxstərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatınınadında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən,eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadəolunmasına görə fiziki şəxslər 200 manatdan300 manatadək məbləğdə, vəzifəli şəxslər600 manatdan 800 manatadəkməbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Seçilən
36
3
az.trend.az

10Mənbələr