AZ

Aİ sammitində Kiyevə iki il ərzində 90 milyard avro ayrılması barədə razılığa gəlinib

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vəsaitin ayrılması qərarı ümumavropa kreditinin bir hissəsi kimi qəbul edilib

Avropa İttifaqının (Aİ) sammiti iştirakçıları Ukraynaya iki il ərzində 90 milyard avro maliyyə yardımı barədə razılığa gəliblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa Şurasının prezidenti António Kosta sosial media səhifəsində yazıb.

Onun sözlərinə görə, vəsaitin ayrılması qərarı ümumavropa kreditinin bir hissəsi kimi qəbul edilib. Kosta bu planın dondurulmuş Rusiya aktivlərinin istifadəsini əhatə edib-etmədiyini açıqlamayıb.

"Biz razılığa gəldik. 2026-2027-ci illərdə Ukraynaya 90 milyard avro dəstək vermək qərarı verilib", - Kosta yazıb.

90 milyard avro rəqəmi Avropa Komissiyasının Rusiya aktivlərini müsadirə etmədən vəsaitlərin borc alınmasını nəzərdə tutan alternativ planına uyğundur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
ayna.az

1Mənbələr