AZ

Humanizm prinsipi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biridir- ÖZƏL

"Kökləri qədimlərə dayanan dövlətçilik ənənələri cəmiyyətimizin dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir. Ümummilli Lider Heydər Əliyevin siyasi dəst-xəttinin mərkəzində məhz vətəndaş amili dayanırdı. Məhz bu yanaşma sayəsində Ulu Öndər xalqı "Azərbaycançılıq məfkurəsi" ətrafında birləşdirməyə nail oldu". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov deyib: "Cəmiyyətin səmərəli idarə olunması üçün möhkəm hüquqi bazanın formalaşdırılması zəruri idi. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması Ulu Öndərin rəhbərliyi və şəxsi nəzarəti ilə həyata keçirildi, dövlət idarəçiliyi üçün sağlam, etibarlı təməl yaradıldı. Lider amili və Konstitusiyanın mövcudluğu xalqın birliyini daha da möhkəmləndirdi, gələcək inkişaf üçün möhkəm əsaslar formalaşdırdı. Ümummilli Lider tərəfindən əsası qoyulan bu ardıcıl və məqsədyönlü siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Humanizm prinsipi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri kimi çıxış edir. Dövlətimizin başçısının qəbul etdiyi hər bir qərarda xalqın milli maraqlarını əsas götürür, vətəndaşların rifahının yüksəldilməsini daim diqqət mərkəzində saxlayır. Sosial ədalətin təmin olunması mühüm önəm kəsb edən bir məsələdir. Məhz bu yanaşma nəticəsində ölkə rəhbərliyinin nüfuzu getdikcə daha da artır. Dövlət suverenliyinin bərpasından sonra Konstitusiya ölkəmizin bütün ərazilərdə ali hüquqi qüvvə qazandı. Böyük Zəfərdən sonra ardıcıl uğurlar əldə edilir, genişmiqyaslı və strateji addımlar atılır. Bu addımların hər biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə, milli kimliyin qorunmasına və dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
81
olaylar.az

1Mənbələr