AZ

"Əhaliyə göstərilən tibbi xidmətlərin həcmi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb"

“Əhaliyə 85 milyondan çox tibbi xidmət göstərilib”.

Redaktor.az xəbər verir ki, bunu  2025-ci ilin yekunlarına və gələcək planlara dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirdi.

Onun sözlərinə görə, 2025-ci ilin yanvar-noyabr ayları ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin həcmi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb:

“Hesabat dövründə pasiyent sayı 5 milyon 164 min 745 nəfər təşkil edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artım deməkdir. Ümumi müraciətlərin sayı 5 faiz, stasionar tibbi xidmətlər 6 faiz, ambulator xidmətlərin sayı isə 14 faiz artıb. Ümumilikdə, 85 milyon 637 min 469 tibbi xidmət göstərilib. Bu göstərici 2024-cü il ilə müqayisədə 13 faiz artıb. Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib”.

Nuriyyə NATİQQIZI

Seçilən
10
28
redaktor.az

10Mənbələr