ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tanınmış məşqçi vəfat etdi
Danimarka və Norveç milli komandalarının sabiq baş məşqçisi Oqe Hareyde dünyasını dəyişib.
QOL.az xəbər verir ki mütəxəssisin oğlu Bendik Hareyde bunu VG nəşrinə açıqlamasında deyib.
İyul ayında norveçli mütəxəssisə beyin xərçəngi diaqnozu qoyulmuşdu.
“Atam axşam evdə, ailəsinin yanında dünyasını dəyişdi. O, son oyununu oynadı. Xəstəliyi dövründə gördüyümüz bütün sevgi və dəstəyə görə sonsuz minnətdarıq” - deyə Bendik Hareyde bildirib.
Qeyd edək ki, Oqe Hareyde 2017-ci ildə Danimarka millisinin baş məşqçisi kimi komandanı DÇ-2018-ə çıxarıb və 1/8 final mərhələsinə qədər irəliləyib. O, müxtəlif illərdə Norveç və İslandiya millilərini də çalışdırıb.
Klub səviyyəsində “Molde”, “Rusenborq”, “Vikinq”, “Bröndbü”, eləcə də İsveçin “Helsinqborq”, “Malmö” və “Erqryute” klublarında çalışan Hareyde İsveç, Danimarka və Norveç çempionu olub. 2014-cü ildə isə İsveç çempionatında ilin məşqçisi seçilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.