Piyadanı vurub idarəetməni itirən sürücü başqa maşınla TOQQUŞUB
Ajans.az xəbər verir ki, hadisə dekabrın 18-də saat 19:00-da baş verib. Belə ki, Maştağa-Buzovna avtomobil yolunda 90-TR-152 dövlət nömrə nişanlı "Opel" markalı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsi ilə yolu keçmək istəyən piyadanı vurub. Bundan sonra o, idarəetməni itirərək qarşı yolda hərəkətdə olan 50-DU-990 dövlət nömrə nişanlı "Niva" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "Niva" markalı avtomobilin sürücüsü M.Dəmirov ölüb, "Opel" markalı avtomobilin sürücüsü və piyada xəsarət alıb.