AZ

Sahibə Qafarova: "Avropa qərəzli praktikasını davam etdirir"

AzVision.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib:

"Əminik ki, dayanıqlı inkişaf, insan hüquq və azadlıqlarının müdafiəsi yalnız milli hüquq çərçivəsində, suverenlik prinsiplərinə ciddi əməl olunması şəraitində təmin edilə bilər. Avropa Parlamenti bu addımı ilə Azərbaycana qarşı beynəlxalq hüquq prinsiplərinə zidd olan qeyri-obyektiv və qərəzli praktikasını davam etdirib, qətnamə Azərbaycanda real vəziyyəti əks etdirmir. Bu qətnamə Avropa Parlamentinin dövlət suverenliyinə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə etinasız münasibətini əks etdirir. Sənəddə yer alan siyasi məhbuslar, siyasi təqiblər, akademik və mədəni hüquqların pozulması kimi ifadələr və digər ittihamları biz qətiyyətlə rədd edirik. Azərbaycan qanunun aliliyi, dövlət müstəqilliyi və öz vətəndaşları qarşısında cavabdehliyi prinsiplərinə əməl edir".

AzVision.az
Seçilən
52
9
azvision.az

10Mənbələr