AZ

Güclü yağış matçı yarımçıq qoydu VİDEO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ərəb Millətlər Kubokunda üçüncü yer uğrunda keçirilən qarşılaşma qeyri-adi sonluqla yadda qalıb.

İdman.Biz xəbər verir ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri milli komandaları güclü leysan səbəbindən turniri eyni mövqedə başa vurub.

Bürünc medal uğrunda oyunda komandalar yalnız birinci hissəni oynaya bilib. Fasilədən sonra başlayan intensiv yağış meydançanı yararsız hala salıb və hakimlər görüşü davam etdirməmək qərarı veriblər. Daha sonra FIFA hər iki yığmaya üçüncü yerin verildiyini rəsmən açıqlayıb.

Qeyd edək ki, turnirin qalibi Mərakeş milli komandası olub. Final qarşılaşmasında İordaniya yığmasını 3:2 hesabı ilə məğlub edən Mərakeş Ərəb Millətlər Kubokunun qızıl medallarına sahib çıxıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
1
icma.az

2Mənbələr