Tayland qoşunları Kamboca ilə sərhəd toqquşmaları zamanı M113 nəqliyyat vasitələrində taxta və tordan hazırlanmış improvizə edilmiş zireh qoruyucularından istifadə ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə xarici hərbi media məlumat yayıb. Kamboca ilə toqquşmalarda M113 zirehli maşınına atılan raket kustar üsulla hazırlanan müdafiəyə ilişib qalıb.
Məlumata görə, Tayland qoşunları Kamboca ilə sərhəd toqquşmaları zamanı M113 nəqliyyat vasitələrində ağac və tordan ibarət improvizə edilmiş (kustar) zirehli müdafiədən istifadə ediblər.
Bildirilir ki, döyüş zamanı PF-89 tank əleyhinə raketi həmin nəqliyyat vasitələrindən birinə dəyib. Lakin raket partlamayıb və kustar üsulla hazırlanmış zirehli müdafiə qatına ilişərək qalıb.
Bu sadə üsul hərbçilərin həyatını və texnikanı xilas edib.

Xuraman Etibarlı
İnterpress.az