GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Dünən Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı növbəti qərəzli kağız parçası qəbul edilib. Qəbul edilən bu qətnamə tamamilə qərəzlidir və heç bir hüquqi əsasa söykənmir. Azərbaycanda heç kim öz fikirlərinə və ya siyasi fəaliyyətinə görə həbs edilmir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Kamran Bayramov səsləndirib.
“Avropa Parlamentində son dövrlərdə baş vermiş korrupsiya qalmaqalları bu qurumun rüşvətə nə dərəcədə açıq olduğunu aydın şəkildə ortaya qoyub. Siyasi birja obrazı qazanan Avropa Parlamenti başqa dövlətləri ittiham etməyə cəhd göstərir.
Avropa Parlamentinin mənəvi nüfuzu sıfırdan da aşağıdır və bu qurumun Azərbaycana yol göstərməyə və ya hər hansı məsələləri diktə etməyə heç bir haqqı yoxdur”, – deputat bildirib.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.