AZ

On bir ayda narkotiklərlə bağlı cinayətlərə görə 85 xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilib

Bakı. Trend:

Məsuliyyətə cəlb edilmiş 85 xarici ölkə vətəndaşından ümumilikdə936 kq 501,249 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddəvə 271,772 qr çətənə bitkisi götürülüb.

Trend xəbər verir ki, bu barədə Narkomanlığa və NarkotikVasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə DövlətKomissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatındabildirilir.

Vurğulanır ki, hüquq mühafizə orqanları tərəfindən narkotikvasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəərazisinə gətirilməsi ilə bağlı 231 fakt aşkar edilmiş, həminfaktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 847 kq 095,152qr və 15 516 həb metadon narkotik vasitə və psixotrop maddə, 13194ədəd həb və 5,7 qr güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 274 qrup halındatörədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton658kq 377,574 qr nakotik vasitə, psixotrop maddə maddə və 309 kq436,2 qr güclü təsir edən maddə müsadirə edilib.

2439 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindəntörədilmiş və onlardan 2 ton 044 kq 413,166qr müxtəlif növ narkotikvasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, 2024-cü ilin yanvar-noyabr ayları iləmüqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin vəpsixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizəorqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1108,qanunsuz satış ilə bağlı faktların sayı 434, satış məqsədi olmadanqanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 628,narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsifaktlarının sayı 42, bu kateqoriyadan olan digər cinayətfaktlarının sayı 4, qaçaqmalçılıqla bağlı faktların sayı 4, qruphalında olan cinayətlərin sayı 39 fakt, məsuliyyətə cəlb olunmuşşəxslərin sayı 1576 nəfər azalıb. Bununla yanaşı qanunsuzdövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 931 kq 065,487 qrartıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 7 ton 037kq413,78 qr-nı (84,4 %) marixuana təşkil edib.. Onun da 6 ton 204 kq757,98 qramı (88,1%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmişxarici ölkə mənşəli olmuşdur. 832 kq 655,8 qr qram (11,8 %)isəiqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda,zirzəmilərdə, həyətyani sahələrıə, meşə ovalıqlarında və çayyataqlarında qanunsuz kultivasiya edilib.

Məqalədə:
Seçilən
102
8
az.trend.az

9Mənbələr