AZ

Kommunal borcları hissə hissə ödəyə biləcəksiniz KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyada vətəndaşlar ilk dəfə olaraq təkcə mağazalardakı alışları deyil, həm də kommunal və digər müntəzəm ödənişləri hissə-hissə ödəmək imkanı əldə ediblər. Maraqlıdır, Azərbaycanda da kommunal ödənişləri hissə-hissə ödəmək mümkün ola bilərmi?

Mövzu ilə bağlı kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda da kommunal ödənişlərin hissə-hissə həyata keçirilməsi mümkündür.

Ekspertin sözlərinə görə, bunun üçün ciddi maneə yoxdur:

“Əlbəttə, bu, Azərbaycanda da ola bilər. Texniki və hüquqi baxımdan belə bir mexanizmin tətbiqi mümkündür.”

N.Qasımov qeyd edib ki, kommunal ödənişlərin hissə-hissə edilməsi xüsusilə sosial baxımdan həssas əhali qrupları üçün yükü azalda bilər. Onun fikrincə, bu cür yanaşma vətəndaşların borclanmasının qarşısını almaqla yanaşı, ödəniş intizamının da yaxşılaşmasına səbəb olar.

Ekspert əlavə edib ki, bunun reallaşması üçün müvafiq qurumların təşəbbüsü və normativ-hüquqi mexanizmlərin hazırlanması vacibdir.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
konkret.az

2Mənbələr