AZ

“Napoli” Superkubokun finalında

İtaliya Superkubokunun yarımfinalında “Napoli” “Milan”ı 2:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, turnir Səudiyyə Ərəbistanında keçirilib.

Qolları David Neres (39-cu dəqiqə) və Rasmus Heylun (63-cü) vurub. “Napoli” ötən mövsüm İtaliya çempionluğunu qazanıb, “Milan” isə İtaliya kubokunun finalına yüksəlib.

İkinci yarımfinalda “Bolonya” “İnter”lə qarşılaşacaq. Qarşılaşma bu gün, final isə dekabrın 22-də olacaq.

Ötən il “Milan” finalda “İnter”i 3:2 hesabı ilə məğlub edərək İtaliya Superkubokunu qazanıb.

Seçilən
47
2
msport.az

3Mənbələr