Abşeron rayonunda sexdə üzərinə dəmir konstruksiya aşan 22 yaşlı işçi ölüb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində baş verib.
Kəndin ərazisində yerləşən sexdə orada işləyən kənd sakini 2003-cü il təvəllüdlü Ramil Saatovun üzərinə dəmir konstruksiya aşması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"