10:50 - Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın dam örtüyündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
10:25 - Sumqayıtda "Samovar" restoranında yanğın baş verib.
Restoranın dam örtüyündə başlayan yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
09:58
Sumqayıtda "Samovar" restoranında yanğın başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"