AZ

Humanizm məfkurəsinə bağlılığın təcəssümü

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlikİli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürməsirespublika ictimaiyyəti tərəfindən böyük razılıq və minnətdarlıqlaqarşılanır. Bu təşəbbüs bir daha təsdiq etdi ki, Azərbaycandahəyata keçirilən dövlət siyasətinin təməlində humanizm dəyərləridayanır.

Qeyd edək ki, respublikamızda cəzasının müəyyən bir hissəsiniçəkən və törətdiyi əməldən peşmançılıq keçirən məhkum olunmuşşəxslərin əfv edilməsi, bağışlanması ənənəsinin müəllifi xalqımızınUlu Öndəri Heydər Əliyevdir. Bu ənənənin göstəricisi kimi1995-2013-cü illərdə Heydər Əliyev tərəfindən 32 əfv fərmanıimzalanıb. Həmçinin həmin dövrdə 7 amnistiya aktı qəbul edilib.

Heydər Əliyevin humanizm siyasətinin daha bir göstəricisiAzərbaycanda 1993-cü ildən ölüm hökmünün icrasınındayandırılmasıdır. Faktiki olaraq bu cəzanın icrasına moratoriumqoyulub. Sonrakı beş il ərzində müxtəlif ağır cinayətlərə görə ölümcəzasına məhkum edilmiş 120-dən çox şəxs barəsində ölüm hökmü icraolunmayıb. 1998-ci ildə isə Heydər Əliyevin humanizminin nəticəsiolaraq ölkəmizdə ölüm hökmü tamamilə ləğv edilib.

Prezident İlham Əliyev öz fəaliyyətində humanizm dəyərlərinəböyük önəm verir. Təsadüfi deyil ki, dövlətimizin başçısının siyasifəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosialədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanınnəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətininformalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbuledilib.

Azərbaycan Prezidenti İlham Əliyev humanizm prinsiplərinəverdiyi xüsusi önəmin digər nümunələrindən biri isə respublikamızdaəfvetmə institutunun fəaliyyətinin çevik və işlək mexanizmlərəsasında təmin olunmasıdır. Bunun da əsas göstəricilərindən biritörətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirən, azadcəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlımüraciətlərinin nəzərə alınmasıdır. Həmin müraciətlər AzərbaycanRespublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasıtərəfindən diqqətlə araşdırılır və cənab İlham Əliyevin bayram vəəlamətdar günlərdə ölkəmizin imzaladığı əfv sərəncamları iləmüraciət edənlərin bir qismi cəzalarının çəkilməmiş hissəsindən tamazad olunur və ya cəzaları azaldılır. İndiyə kimi Prezident İlhamƏliyev tərəfindən 39 əfv sərəncamı imzalanıb və nəticədə 7060 nəfərəfv olunub. Ümumilikdə isə 1995-2025-ci illərdə imzalanmışümumilikdə 71 əfv fərman və sərəncamı ilə 101 min 62 nəfər məhkuməfv olunub.

Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi dövründəhəmçinin 5 dəfə amnistiya elan olunub. Milli Məclis tərəfindən2007-ci ildə «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevinxatirəsinə həsr olunmuş amnistiya haqqında», 2009-cu ildə «Novruzbayramı münasibətilə amnistiya elan edilməsi haqqında», 2013-cüildə «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illikyubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» və 2016-cıil mayında 28 May - Respublika Günü münasibətilə amnistiya elanedilməsi haqqında qərarlar qəbul edilmişdir. 4 amnistiya aktıəsasında 40 mindən çox məhkum müxtəlif növ cəzalardan azadedilmişdir. Qeyd edək ki, bu amnistiya qərarlarının təşəbbüskarıhəmin illərdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərmişAzərbaycanın Birinci-vitse prezidenti, Heydər Əliyev Fondununprezidenti Mehriban xanım Əliyevadır. Öz fəaliyyətində daimhumanizm və insanpərvərlik məfkurəsinə söykənən Mehriban xanımƏliyevanın təşəbbüsləri amnistiyaların elan edilməsi cəmiyyətimiztərəfindən böyük minnətdarlıqla qarşılanmış, neçə-neçə ailənisevindirmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü əsasında isə 2021-ci ildə 8Noyabr - Zəfər Günü münasibətilə amnistiya aktı elan olunub. Buamnistiya 17 mindən artıq şəxsə şamil edilib.

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli”münasibətilə irəli sürdüyü amnistiya təşəbbüsü isə tətbiq ediləcəyişəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azadediləcək məhkumların sayına görə ən böyük amnistiya aktı olacaq.Qeyd edək ki, Prezident İlham Əliyev amnistiya elan edilməsitəşəbbüsünü suverenliyimizin bərpasının, Konstitusiyamızın alihüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasınınxalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq,humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaqşəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizininkişafına öz töhfələrini verəcəklərinə ümid edərək irəlisürüb.

Dövlət başçısının təşəbbüsü əsasında hazırlanan “Konstitusiya vəSuverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında”Azərbaycan Respublikası Milli Məclisinin Qərar layihəsi artıqparlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsininiclasında müzakirə olunub. Sabah isə Milli Məclisin plenariclasında bu məsələ müzakiriyə çıxarılacaq.

Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasınınsuverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılandöyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cüil sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştiraketmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və yaxəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyəqarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlilolmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin,cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digərşəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələrinəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimaitəhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdancinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkumolunmuş bir sıra şəxslər cəzadan azad olunacaq və ya cəzalarınınçəkilməmiş hissəsi azaldılacaqdır.

Bu amnistiyanın ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyigözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etməcəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindənartıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumunazadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumunazadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və yaşərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayətməsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

“Konstitusiya və Suverenlik İli” münasibətilə elan ediləcəkamnistiyaya düşəcək şəxslər dövlət və xalq qarşısında böyük mənəviməsuliyyət daşıyırlar. Çünki bu, onlara dövlət başçısınıngöstərdiyi böyük etimaddır. Eyni zamanda bu azadlıq onlara ilknövbədə Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütünərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixiqələbəsi olması nəzərə alınaraq veriləcək. Ona görə amnistiyanınşamil olunduğu hər bir şəxs bu şansı, o cümlədən, dövlət və xalqqarşısındakı məsuliyyətini düzgün dəyərləndirməlidir.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
33
4
az.trend.az

10Mənbələr