Goranboyda yol qəzası olub.
NOCOMMENT.az – ın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə Ford markalı yük avtomobili “KAMAZ” markalı yük avtomobilinə arxadan çırpılıb. Qəza zamanı ” FORD” deformasiya uğrayıb.
Dərhal hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin Xususi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib.
Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1990-cı il təvəllüdlü Arzu Cəfərov xilasedicilər tərəfindən çıxarılıb.
Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.