Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıında qalmalıdır və tam iştirak imkanlarını qoruyur...
Poliqon xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmangali Tasmagambetov TASS Agentliyinə müsahibəsində bildirib. Baş katib qeyd edib ki, Ermənistan təşkilatın müttəfiqi olaraq qalır və yaxın perspektivdə tam iştirakına qayıtmaq imkanları mövcuddur.
"Ermənistan bizim müttəfiqimiz olub və qalır. Ümid edirik ki, Ermənistan yaxın gələcəkdə KTMT-də tam iştirakını bərpa edəcək. Bunun üçün bütün şərtlər və əsaslar mövcuddur: biz hesab edirik ki, Ermənistan xalqı Avrasiya təhlükəsizlik məkanının yaradılmasında maraqlıdır. Bundan başqa, noyabrda Ermənistan Xarici İşlər Nazirliyi açıqlama verdi ki, ölkənin KTMT-dən çıxması məsələsi gündəlikdə deyil", deyə İmangali Tasmagambetov bildirib.
Tasmagambetov əlavə edib ki, Ermənistanın təşkilatda fəaliyyətini müvəqqəti dayandırması ölkənin siyasi rəhbərliyinin mövcud mövqeyini əks etdirir və bu, müstəqil və suveren dövlətin qərarıdır, hansı ki, heç bir başqa dövlət və ya təşkilat ona təsir göstərə bilməz.
Poliqon.info