Bakı.Trend:
18-19 dekabrda qış turizmi mövsümünün açılışı ilə əlaqədarDövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ”Turizm Mərkəzinə iki günlük mediatur təşkil edilib.
Trend xəbərverir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Bİldirilib ki, mediaturun məqsədi Azərbaycanda qış turizminintəşviqi, “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlığı,qonaqlara təqdim olunan turizm məhsullarının tanıdılması, ocümlədən kompleksdə aparılan işlər və yeniliklər haqqındaictimaiyyəti məlumatlandırmaqdır.
Tədbir çərçivəsində media nümayəndələrinə “Şahdağ” TurizmMərkəzinin 2025-ci il üzrə fəaliyyətinə dair video-təqdimat nümayişolunub, kompleksdə həyata keçirilən yenidənqurma və infrastrukturişləri haqqında məlumat verilib.
Tədbirdə çıxış edən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri RüstəmNəcəfov 2025-ci ilin 1 yanvar-15 dekabr tarixlərində mərkəzə səfəredən ziyarətçilərinin sayının 300 mindən çox olduğunu qeydedib.
O, qış turizm mərkəzinin genişləndirilməsinin beşinci mərhələsiçərçivəsində qış mövsümünün sonuna qədər 2 lift bazasının və 76ədəd qar generatorunun quraşdırılmasının, ümumi uzunluğu 7070 metrolan yeni xizək yamaclarının inşasının, həmçinin 150 min kubmetrliksu anbarının tikintisinin və 26 nömrəli kanat xəttinin istifadəyəverilməsinin nəzərdə tutulduğunu və bunun da gələcəkdə xizəkinfrastrukturunun inkişafına xidmət edəcəyini bildirib.
Son iki ildə “Şahdağ”ın təkcə istirahət mərkəzi kimi deyil, eynizamanda yerli və beynəlxalq səviyyəli idman yarışlarınınkeçirildiyi nüfuzlu məkana çevrildiyini vurğulayan Rüstəm Nəcəfovkompleksdə müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün500 nəfərlik FİS (Beynəlxalq Xizək və Snoubord Federasiyası)stadionunun inşa edildiyini, 2026-cı ilin qış mövsümündə “Şahdağ”ınDağ Xizəyi üzrə Azərbaycan Çempionatına, Xizək Alpinizmi üzrəAvropa Çempionatına və Dünya Kubokuna, eləcə də “Mogul” üzrə DünyaKubokunun final mərhələsinə ev sahibliyi edəcəyini diqqətəçatdırıb.
İki günlük tədbir çərçivəsində media nümayəndələri turizmmərkəzində qonaqlara təklif olunan xidmətlərlə tanış olub, xizək vəsnoubord avadanlıqları, kanat yolları, müxtəlif atraksionlar və qışəyləncələrindən istifadə ediblər. Eləcə də media nümayəndələrinə ilboyu xizək sürmək imkanı verən xüsusi simulyatorlar nümayişolunub.
Qeyd edək ki, “Şahdağ”da bu günə qədər həyata keçirilən işlərnəticəsində kanat xətlərinin sayı 15-ə, müxtəlif çətinlikdərəcəsində olan yamacların sayı 37-ə, uzunluğu isə 45 km-əçatdırılıb, xizək sürməyə yeni başlayanlar üçün 6 konveyer tipliyol salınıb. Həmçinin xizək yamaclarının daim qarla təmin olunmasıüçün 600 ədəd qar generatoru quraşdırılıb. Bununla yanaşı qış vəyay aylarında açıq və qapalı məkanlarda fəaliyyət göstərən əyləncənövlərinin və attraksionların sayı 40-a, iaşə obyektlərinin sayıisə 64-ə çatdırılıb.