AZ

Fransa "Uşaq Avroviziya 2026" tədbirinə ev sahibliyindən imtina etdi

BAKI, 19 dekabr. TELEQRAF

BAKI, 19 dekabr. TELEQRAF

Fransa "Uşaq Avroviziya 2026" tədbirinə ev sahibliyi etməkdən rəsmən imtina edib.

Teleqraf xəbər verir ki, Avropa Yayım Birliyi müsabiqədə iştirak edən digər ölkələrə ev sahiblik üçün müraciət edəcək.

Fransa təmsilçisi "Uşaq Avroviziya 2025" müsabiqəsində Lou Deleuze "Ce Monde" adlı mahnı ilə qalib olub. O, münsiflərdən və tamaşaçı səsverməsindən ümumillikdə 248 xal toplayıb.

Azərbaycan təmsilçisi Yağmur Nəsrullayeva "Miau Miau" mahnısıyla yarışda 66 xalla 15-ci yerdə qərarlaşıb.

Müsabiqədə Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna olmaqla 18 ölkə iştirak edib.

Seçilən
15
teleqraf.com

1Mənbələr