AZ

UEFA Konfrans Liqasında əsas mərhələyə yekun vuruldu

UEFA Konfrans Liqasının əsas mərhələsində VI turun oyunları keçirilib.

"Unikal" xəbər verir ki, bununla da turnirin liqa mərhələsinə yekun vurulub, 1/8 final və pley-off mərhələsinin iştirakçıları bəlli olub.

Əsas mərhələni 1-8-ci pillələrdə tamamlayan komandalar 1/8 finala, 9-24-cü yerləri tutanlar isə pley-offa yüksəliblər.

UEFA Konfrans Liqası

Liqa mərhələsi, VI tur

“AZ Alkmaar” (Niderland) - "Yagelloniya" (Polşa) - 0:0

"Şaxtyor” (Donetsk, Ukrayna) - "Riyeka" (Xorvatiya) - 0:0

"Slovan” (Bratislava, Slovakiya) - "Hekken" (İsveç) - 1:0

"Legiya” (Polşa) - "Linkoln" (Cəbəllütariq) - 4:1

"Sparta” (Praqa, Çexiya) - "Aberdin" (Şotlandiya) - 3:0

"Dinamo” (Kiyev, Ukrayna) - "Noa" (Ermənistan) - 2:0

"Kristal Pelas" (İngiltərə) - KuPS (Finlandiya) - 2:2

"Rayo Valyekano" (İspaniya) - "Drita" (Kosovo) - 3:0

"Şemrok Rovers" (İrlandiya) – “Hamrun” (Malta) - 3:1

“Omoniya” (Kipr) – “Rakov” (Polşa) - 0:1

"Maynts" (Almaniya) - "Samsunspor" (Türkiyə) - 2:0

“Strasburq” (Fransa) - "Breydablik" (İslandiya) - 3:1

"Selye" (Sloveniya) - "Şelburn" (İrlandiya) – 0:0

“Zrinski” (Bosniya və Herseqovina) - "Rapid" (Avstriya) - 1:1

AEK (Afina, Yunanıstan) – “Universitatya” (Rumıniya) - 3:2

"Siqma" (Çexiya) - "Lex” (Polşa) - 1:2

AEK (Larnaka, Kipr) – “Şkendiya” (Şimali Makedoniya) - 1:0

"Lozanna" (İsveçrə) - "Fiorentina" (İtaliya) - 1:0

Beləliklə, bu nəticələrdən sonra “Strasburq”, “Rakov”, AEK (Afina), “Sparta”, “Rayo Valyekano”, “Şaxtyor”, “Maynts” və AEK (Larnaka) 1/8 finala, “Lozanna”, “Kristal Pelas”, “Lex”, “Samsunpsor”, “Selye”, “AZ Alkmaar”, “Fiorentina”, “Riyeka”, “Yagelloniya”, “Omoniya”, “Noa”, “Drita”, KuPS, “Şkendiya”, “Zrinski” və “Siqma” isə pley-off mərhələsinə vəsiqə qazanıblar.

Konfrans Liqasında pley-off oyunları 2026-cı il fevralın 19-20-də keçiriləcək.

Seçilən
0
2
unikal.az

10Mənbələr