AZ

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 170 nəfər həbs edilib

Türkiyədə İŞİD terror təşkilatına üzv olan və ya maliyyə dəstəyi verən 170 şübhəli həbs edilib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

"Son 2 həftədir fasiləsiz davam edən əməliyyatlarda İŞİD terror təşkilatı daxilində fəaliyyət göstərdiyi və ona maliyyə dəstəyi verdiyi müəyyən edilən 170 şübhəli nəzarətə alınıb. Əməliyyatlar davam etdirilir",-nazir bildirib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr