Daxili təhlükəsizlik naziri proqramın təhlükəli nəticələrini əsas gətirib...
Poliqon xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem Broun Universitetində, Rod-Aylend ştatının Providens şəhərində baş verən atışmanı 2017-ci ildə qreen-kart alan Klaudio Manuel Neves Valente ilə əlaqələndirib. Nazir bildirib ki, bu “cılız insanın” heç vaxt ölkəyə buraxılmaması lazım idi.
“Prezident Trampın göstərişi ilə mən dərhal ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətinə DV1 proqramını (qreen-kart lotereyası) dayandırmaq tapşırığını verirəm ki, daha heç bir amerikalı bu fəlakətli proqramın nəticələrindən zərər görməsin”, deyə Noem əlavə edib.
Poliqon.info