
ABŞ Prezidenti Donald Tramp “green card” lotereya proqramını dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bunu daxili təhlükəsizlik naziri Kristi Noem “X” sosial platformasında yazıb.
O bildirib ki, Trampın tapşırığı ilə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə proqramın dayandırılması barədə göstəriş verib.
K. Noemin sözlərinə görə, Tramp bu addımı “green card” lotereya proqramının Braun Universiteti və MIT-də baş verən atışmalarda şübhəli bilinən şəxsin ABŞ-yə gəlməsinə imkan yaratmasına görə atıb.
“Bu dəhşətli şəxs heç vaxt ölkəmizə buraxılmamalı idi”, – deyə o, Portuqaliya vətəndaşı Klaudio Neves Valente barədə bildirib.