AZ

Bitki çayları allergiyaya səbəb ola bilər

ain.az, Azpost portalına istinadən məlumat yayır.

Qara və yaşıl çayı bitki çayları ilə əvəz etmək həmişə təhlükəsiz deyil. Çünki otlar dərmanlara təsir göstərə bilər.

AzPost bildirir ki, bu barədə qastroenteroloq Yekaterina Kaşux RİA Novosti-yə deyib.

“Bitki mənşəli dəmləmələr allergiyaya səbəb ola bilər. Həmçinin dərmanların təsirini gücləndirə və ya zəiflədə bilər“-deyə doktor vurğulayıb.

Həkim əlavə edib ki, axşamlar tünd çaydan tamam uzaq durmaq daha yaxşıdır. Daha yaxşı seçim sadəcə bal ilə ilıq su və ya zəif çobanyastığı dəmləməsi olardı.

Paket çayları da sağlamlığa mənfi təsir göstərə bilər. Çünki içkinin tərkibində tez-tez ətirvericilər, əlavələr və rəngləndiricilər olur. Bunlar allergiyaya və ya qida dözümsüzlüyünə meylli insanlar üçün xoşagəlməz nəticələrə səbəb ola bilər. Bundan əlavə, bu tip çay üçün tez-tez ətirvericilərlə örtülmüş keyfiyyətsiz çay yarpaqlarından istifadə olunur.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
1
azpost.info

2Mənbələr