Amerika Birləşmiş Ştatları “Green Card” (Yaşıl kart) lotoreyasının oynanılmasını qeyri-müəyyən müddətə təxirə salıb.
“Yeni Sabah” xəbər verir ki, bunu ABŞ-nin daxili təhlükəsizlik üzrə nazir Kristi Noem bildirib.
Məlumata görə, bir neçə gün əvvəl Birləşmiş Ştatların nüvə alimi Nuno Laurero qətlə yetirilib.
İlkin araşdırmayla alimin qatilinin BŞ-yə “Green Card”la gəlməsi müəyyənləşib. Bundan sonra Ağ Ev rəhbərliyi “Green Card”ın dayandırılması barədə göstəriş verib.
“Prezident Donald Trampın göstərişi ilə mən dərhal USCIS-ə (ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti) DV1 proqramlarını dayandırmaq barədə əmr verirəm ki, bu zərərli proqram səbəbindən amerikalılara artıq zərər dəyməsin”, - nazir bildirb.
Qeyd edək ki, “Green Card” 1990-cı ildən bəri ABŞ-də tətbiq olunan miqrasiya lotoreyasıdır. Bu lotoreya hər il 50 min nəfəri əhatə edir.
Telegram kanalımız