AZ

Misli Premyer Liqası: “Kəpəz” “Turan Tovuz”la üz üzə

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Misli Premyer Liqasında 16-cı tura bu gün start veriləcək. İlk oyun günündə bir matç keçiriləcək.

İdman.Biz xəbər verir ki, Yevlax şəhər stadionunda “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək.

Gəncə təmsilçisi 15 oyundan sonra 9 xalla 10-cu, Tovuz klubu isə 14 matçdan 24 xalla 5-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

İkinci dövrə, 16-cı tur

19 dekabr

14:00. “Kəpəz” - “Turan Tovuz”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov;

VAR: Nicat İsmayıllı;

AVAR: Şirmamed Mamedov;

Hakim-inspektor: Orxan Məmmədov;

AFFA nümayəndəsi: Namiq Əliyev;

Yevlax şəhər stadionu.

Qeyd edək ki, tura dekabrın 22-də yekun vurulacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
icma.az

10Mənbələr